Supsa limanından ixrac edilən Azərbaycan neftinin həcmi 10% artıb

Supsa limanından ixrac edilən Azərbaycan neftinin həcmi 10% artıb
# 02 oktyabr 2014 09:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin sentyabr ayında Supsa (Qara dəniz, Gürcüstan) limanından 253 829 ton xam neft ixrac edib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% çoxdur.

Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Supsa limanından 2 283 286 ton xam neft ixrac edilib. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 9,8% çoxdur.

Qeyd edək ki, ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR