“Həmas” Qəzza zolağında atəşkəsin uzadılması barədə məlumatları təkzib edib

“Həmas” Qəzza zolağında atəşkəsin uzadılması barədə məlumatları təkzib edib
# 07 avqust 2014 00:39 (UTC +04:00)

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Qahirədə keçirilən danışıqlarda Fələstin nümayəndə heyətinin üzvü Musa Əbu Marzuk bildirib.

"Atəşkəsin uzadılması barədə heç bir razılaşma əldə edilməyib”, Fələstin rəsmisi özünün “Facebook” səhifəsində yazıb.

Bundan əvvəl bir sıra KİV-i xəbər vermişdilər ki, Qahirədə fələstinlilər və israillilər arasında atəşkəsin daha bir neçə gün uzadılması haqqında razılaşma əldə edilib. Misir mənbələri, öz növbəsində, danışıqların davam etdiyini qeyd edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR