Bu ilin 6 ayında ticarət və xidmət obyektlərində 19368 ədəd POS-terminal quraşdırılıb.

Bu ilin 6 ayında ticarət və xidmət obyektlərində 19368 ədəd POS-terminal quraşdırılıb.
# 11 avqust 2014 09:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin iyul ayının 1-nə Azərbaycanda obyektlərdəki POS-terminalların sayı 52413 ədədə çatıb. POS-terminalların 97%-i və ya 50955 ədədi pərakəndə ticarət obyektlərində quraşdırılıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, yeni POS-terminalların 9346 ədədi Bakı şəhərində, 10022 ədədi isə regionlarda quraşdırılıb. Regionlarda obyektlərdə quraşdırılmış POS-terminalların cəmi sayı 15334 ədədə çatmışdır.

Azərbaycanda bir POS-terminala düşən əməliyyatların orta aylıq sayı 16.1, həcmi isə 1732.9 manat təşkil edir.

Bu ilin birinci yarısında banklar tərəfindən 59 yeni bankomat quraşdırılıb. İyun ayının sonuna 2476 ədəd bankomat xidmət göstərib. Onlardan 1389 ədədi Bakı şəhərində, 1087 ədədi regionlarda yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR