Şimali Koreya yaxın mənzilli daha 2 raketini sınaqdan keçirib

Şimali Koreya yaxın mənzilli daha 2 raketini sınaqdan keçirib
# 09 iyul 2014 04:42 (UTC +04:00)

Bakı-APA. Şimali Koreya Koreya yarımadasının cənub-qərb sahillərindən Yapon dənizinə yaxın mənzilli 2 raket buraxıb. APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya hökumətinin bəyanatında bildirilib.

Məlumata görə, KXDR 500 km məsafəyə uça biləcək “Skad” raketlərini sınaqdan keçirib.

Xatırladaq ki, bundan əvvəl, iyunun 29-da və iyulun 2-də də Şimali Koreya Yapon dənizinə yaxın mənzilli raketlər buraxıb. Məlumata görə, ölkə lideri Kim Çen In raketlərin sınaqdan keçirilməsini izləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR