Azərbaycan prezidentinin Tacikistana rəsmi səfəri başlayıb - VİDEO

Azərbaycan prezidentinin Tacikistana rəsmi səfəri başlayıb - <span style="color: red;">VİDEO
# 16 oktyabr 2014 07:51 (UTC +04:00)

APA-nın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib. Azərbaycanın və Tacikistanın dövlət himnləri səslənib. Azərbaycan prezidenti Tacikistan əsgərlərini salamlayıb. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Emoməli Rəhmona, Tacikistan dövlət və hökumət nümayəndələri isə Azərbaycan dövlət başçısına təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR