Göygöldə sərxoş sürücülərə qarşı reyd keçirilib

Göygöldə sərxoş sürücülərə qarşı reyd keçirilib
# 27 iyun 2016 12:57 (UTC +04:00)

Göygöl. Azər Məmmədli - APA. Göygöl rayonunda sərxoş sürücülərə qarşı reyd keçirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, istirahət mövsümündə rayon ərazisində və istirahət mərkəzlərində nəqliyyat vasitələrinin təhlükəsizlik hərəkətini təmin etmək üçün Göygöl rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları reydlərə başlayıblar. Ötən gün keçirilən reyd zamanı qayda pozan 11 sürücüsü saxlanılıb. Onlardan 2 nəfəri sərxoş halda avtomobil idarə etməsinə görə, digərləri isə sürücülük hüququ olmadan sükan arxasına əyləşmələrinə görə, avtomobilin konstruksiyalarına dəyişiklik etmələrinə görə məsuliyyətə cəlb olunublar.

Reydlərin bundan sonrada davam etdiriləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR