Suriyada “İŞİD” silahlıları kəndə hücum edərək 20 nəfəri girov götürüb

Suriyada “İŞİD” silahlıları kəndə hücum edərək 20 nəfəri girov götürüb
# 07 oktyabr 2014 17:29 (UTC +04:00)

Bakı-APA. “İraq-Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının silahlıları Suriyanın şimal-qərbində kəndlərdən birinə hücum edərək 20 nəfəri girov götürüblər. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Ansa” agentliyinə Hələb şəhər katolik yeparxiyasının yepiskopu Corc Əbu Həzin bildirib.

Onun sözlərinə görə, terrorçular kəndə oktyabrın 6-na keçən gecə hücum ediblər. Girov götürülənlərin arasında katolik keşişinin də olduğu bildirilir. Terrorçular hələlik heç bir tələb irəli sürməyiblər, onlarla əlaqə saxlamaq mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR