Azərbaycan Beynəlxalq Bankı köhnə kadrlarla vidalaşmağa davam edir

Azərbaycan Beynəlxalq Bankı köhnə kadrlarla vidalaşmağa davam edir
# 28 sentyabr 2015 09:27 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının birdən-birə 2 filial müdiri işdən çıxarılıb.

"APA-Economics"in xəbərinə görə, bankın Şəki filialının direktoru Mehman Mikayılov və

Qazax filialının direktoru Almaz Carçıyev vəzifələri ilə vidalaşıb.

Artıq onları kimlərin əvəzləyəcəyi də məlumdur. Belə ki, Qazax filialının direktoru vəzifəsi Rahib Vəliyevə, Şəki filialının direktoru vəzifəsi isə Rahib Nəzirliyə həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR