® Sosial şəbəkədə maraqla izlənilən “Sevgini Paylaş” müsabiqəsi yekunlaşıb

<font color=red>® </font> Sosial şəbəkədə maraqla izlənilən “Sevgini Paylaş” müsabiqəsi yekunlaşıb
# 24 noyabr 2014 08:47 (UTC +04:00)

Bakı – APA-Economics. “Samaxı Palace Platinum by Rixos” hotelinin və “Özsüt Bakı” restoranının dəstəyi ilə “Sevgini Paylaş” müsabiqəsi yekunlaşıb.

Tanınmış fotoqraf Kənan Məcidovun facebook səhifəsində keçirilən müsabiqə bir ay müddətində davam etmişdir. Layihədə 100 iştirakçı cütlük öz sevgi hekayələrini paylaşmışdır. Ümumilikdə layihə fərqli konsepsiyası ilə 150, 000 dən çox izləyicidə böyük maraq yaradıb.

Layihənin rəhbəri Paşa Əliyev tədbirdə çıxış edərək layihə barədə ümumi məlumat verib. Bildirib ki, “Sevgini Paylaş” ın əsas məqsədi insanların xoşbəxtlik hisslərini ifadə edərək ətrafdakılarla paylaşmasıdır.

Layihənin qalib iştirakçısı , sevgi hekayələri ilə izləyicilərin böyük rəğbətini qazanmış Ülvi və Çiçək cütlüyü seçilib. Qalibə layihənin dəstəkçisi “Samaxı Palace Platinum by Rixos” hoteli tərəfindən 3 günlük qonaqlama və fotoqraf Kənan Məcidov tərəfindən “Love Story” fotosessiyası hədiyyə edilib.

Sonda 10 iştirakçı cütlüyə müxtəlif nominasiyalar üzrə sertifikatlar və Özsüt Bakı restoranı tərəfindən hədiyyələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR