Tovuzda bir ailənin beş üzvü qarpızdan zəhərlənib

Tovuzda bir ailənin beş üzvü qarpızdan zəhərlənib
# 09 iyul 2016 16:26 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuzda qarpızdan zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini 1948-ci il təvəllüdlü Nəbi Məmmədəli, onun həyat yoldaşı Şirin, gəlini 1990-cı il təvəllüdlü Aygün, nəvələri 2013-cü il təvəllüdlü Aynur və 2011-ci təvəllüdlü Gülnur qarpızdan zəhərlənərək Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Nəbi Məmmədlinin vəziyyəti ağır digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR