“İslam Dövləti” qüvvələri Qafqaza yürüş edəcəkləri ilə hədələyiblər

“İslam Dövləti” qüvvələri Qafqaza yürüş edəcəkləri ilə hədələyiblər
# 03 sentyabr 2014 00:40 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Video görüntüdə “İslam Dövləti” qüvvələrinin ələ keçirdikləri Suriyanın Rakka əyalətində yerləşən Tabaka hərbi aerodrom əks olunub. Qırıcı təyyarənin kabinəsində olan silahlı Çeçenistan və Qafqazı “azad etmək” niyyətində olduqlarını elan edib. Qeyd edək ki, video görüntüdə terrorçunun nitqi naməlum şəxs tərəfindən rus dilinə tərcümə edilir.

Bundan başqa, silahlılar prezident Bəşəq Əsədi hədələyərək hökumət qoşunlarına aviazərbələr endirəcəkləri ilə də hədələyiblər.

Qeyd edək ki, “İslam Dövləti” terror qruplaşması avqustun sonunda Tabaka hərbi aerodromunu

ələ keçirib. Nəticədə hərbi bazada olan ağır artilleriya sistemləri, tanklar və döyüş təyyarələri qruplaşmanın nəzarətinə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR