Müsavat Partiyası ilə Əmircandakı Mədəniyyət Evinin rəhbərliyi arasında razılıq əldə olunub

Müsavat Partiyası ilə Əmircandakı Mədəniyyət Evinin rəhbərliyi arasında razılıq əldə olunub
# 24 sentyabr 2014 15:45 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.

Müsavat başqanının müavini Gülağa Aslanlı APA-ya açıqlamasında bildirib ki, iclasda bülletenlərin forması, qurultay nümayəndələrinin sayı, qeydə alınması və seçkilər haqqında təlimat qəbul olunub. O deyib ki, qurultayın sentyabrın 27-də Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilməsi ilə bağlı tam razılıq əldə olunub: “Şadlıq evləri ilə apardığımız danışıqlar isə nəticəsiz qalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR