Gələn həftə avtomobillərin sığortası zamanı müştərilərlə sığortaçılar arasında yaranan problemlər müzakirə olunacaq

Gələn həftə avtomobillərin sığortası zamanı müştərilərlə sığortaçılar arasında yaranan problemlər müzakirə olunacaq
# 12 noyabr 2014 12:20 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) könüllü sığorta komitəsinin iclası keçirilib.

ASA-dan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə “Fiziki şəxslərə təqdim edilən minik avtomobillərinin tam sığortası üzrə sığorta qaydaları”nda öz əksini tapmış sığorta dəyəri, sığorta məbləği və sığorta haqqının uzunmüddətli (1 ildən artıq bağlanmış) müqavilələrdə illər üzrə bölünməsi məsələsi müzakirə edilib.

Bildirilib ki, sığortalanan avtomobilin növbəti illər üzrə qiyməti, sığorta tarifi və sığorta müqaviləsinə xitam verilərkən qaytarılacaq sığorta haqqı müəyyən olunarkən müştərilərlə sığortaçılar arasında anlaşılmazlıq yaranır. İclasda qərara alınıb ki, bu məsələ gələn həftə sığorta şirkətlərinin avtomobil üzrə anderrayterləri və sığorta hadisələri şöbələrinin qiymətləndirmə üzrə ekspertləri ilə müzakirə edilsin.

Bundan başqa, könüllü sığorta komitəsinin iclasında sığorta müqaviləsi bağlanan zaman şirkət tərəfindən müştərilərə təqdim olunacaq yaddaş vərəqinin məzmunu da müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR