ARDNŞ “Azər-Çıraq-Günəşli” yataqlar blokunun inkişaf proqramını hazırlayıb

ARDNŞ “Azər-Çıraq-Günəşli” yataqlar blokunun inkişaf proqramını hazırlayıb
# 09 sentyabr 2014 11:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda neft hasilatının azalması ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) “Azər-Çıraq-Günışli” yataqlar blokunun inkişaf proqramını hazırlayıb.

APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, neft hasilatının azalmaması üçün ARDNŞ BP şirkəti ilə birgə mütəmadi olaraq texniki işlər aparır: “Azərbaycanda neft hasilatının azalmaması üçün proqramlar hazırlanır. Bu gün ARDNŞ “Aker” şirkəti ilə dövlət proqramı hazırlayıb. BP şirkətinin öz inkişaf proqramı var və biz mütəmadi olaraq onlarla bu proqramlar arasında eyniləşdirmə işləri aparırıq. Hazırladığımız proqramlar yataqların nəzarətini aparmağa imkan verəcək”.

R. Abdullayev bildirib ki, ARDNŞ 30 mln. tondan artıq hasilat səviyyəsini uzun müddət saxlamaq niyyətindədir: “Gələn il də ölkədə neft hasilatı bu ilki ilə eyni səviyyədə olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR