Hüseyn Bağırov: “Ölkədə qanunsuz ağac kəsimi kəskin şəkildə azalıb”

Hüseyn Bağırov: “Ölkədə qanunsuz ağac kəsimi kəskin şəkildə azalıb”
# 05 iyun 2015 09:17 (UTC +04:00)

Ağac kəsilməsi artıq ciddi ekoloji problem kimi gündəlikdə durmur. Birincisi, ölkədə qazlaşdırma baş verib. Rayon mərkəzlərinin heç birində odundan istifadə olunmur. İkincisi, mühafizə tədbirləri gücləndirilib və ağır cəza tədbirləri öz effektini verib. Üçüncüsü, mebel sənayesi ilə məşğul olanlar anladılar ki, yerli materialdan istifadə etmək ümidsiz bir şeydir. Onlar öz işlərini xaricdən gətirilən məhsulların üzərində qurublar”. APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

H. Bağırovun sözlərinə görə, hazırda ağac kəsimi daha çox dağ kəndlərində və Aran rayonlarında baş verir: “Dağ kəndlərində yanacağın əldə olunmaması buna gətirib çıxarır. Bilirsiniz, bunu qadağalarla aradan qaldırmaq olmur. Biz çalışırıq ki, bu işi sahmana salaq. Aran rayonlarındakı restoranlar kömür yandırırlar. Bu o qədər də böyük miqyasda deyil. Lakin problem kimi görünür. Onun bazarı var. Bununla mübarizə aparmaq çətindir. Biz çalışırıq ki, bu iki amilin öhdəsindən gələk”.

Nazir qeyd edib ki, 90-cı illərə nisbətən hazırda 4-5 dəfə çox olan nəqliyyat vasitələrinin hesabına ətraf mühitə daha çox çirkləndirici maddələr atılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR