Britaniya İcmalar Palatası ölkənin Aİ-dən çıxmasına dair referendum layihəsini dəstəkləyib

Britaniya İcmalar Palatası ölkənin Aİ-dən çıxmasına dair referendum layihəsini dəstəkləyib
# 10 iyun 2015 01:54 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qanun layihəsini 544 deputat dəstəkləyib, 53 nəfər isə əleyhinə səs verib.

Qanun layihəsi mühafizəkarlar və leyboristlər tərəfindən dəstəklənib, Şotland Milli Partiyası Birləşmiş Krallığın Aİ-dən çıxmasının fəlakətlə yekunlaşacağını əsas gətirərək qanunun əleyhinə çıxış edib.

Qanunun qəbul olunması üçün layihə Komitələr səviyyəsində müzakirələr də daxil olmaqla hələ bir neçə mərhələdən keçməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR