Tarixçi alim Boran Əzizli Müsavat Partiyasından istefa verib

Tarixçi alim Boran Əzizli Müsavat Partiyasından istefa verib
# 05 may 2015 14:43 (UTC +04:00)

Bakı – APA. Bakı Dövlət Universitetinin dosenti, tarixçi alim Boran Əzizli Müsavat Partiyasının sıralarından istefa verib.

B. Əzizli APA-ya açıqlamasında Vurğun Əyyubun partiyadan xaric olunmasına etiraz əlaməti olaraq bu addımı atdığını deyib: “Vurğun Əyyubun qurultaydan sonrakı bəzi siyasi addımlarını təqdir etməsəm də, son günlər ona qarşı aparılan qisasçı, kin və qərəz kampaniyasına, repressiv tədbirlərə qəti etirazımı bildirərək Müsavat Partiyasının sıralarından istefa verirəm”.

Qeyd edək ki, B. Əzizli vaxtilə Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR