Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın lizinq şirkətinə iri məbləğdə kredit ayıracaq

Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın lizinq şirkətinə iri məbləğdə kredit ayıracaq
# 24 noyabr 2014 11:41 (UTC +04:00)

Bakı - APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın “MCB Leasing” şirkətinə 3 mln. ABŞ dolları həcmində kredit ayırmaq niyyətindədir.

APA-Economics”in xəbərinə görə, bu barədə IFC-nin rəsmi saytında məlumat yer alıb.

Məlumata əsasən, IFC-nin Direktorlar Şurası kreditin ayrılması ilə bağlı dekabrın sonunda yekun qərar verməlidir.

Şirkət ayrılan vəsaiti kiçik və orta sahibkarlıqla məşğul olan müştərilərinin dəstəklənməsinə yönəldəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR