Dünya bazarında qızıl 7 dollar ucuzlaşıb

Dünya bazarında qızıl 7 dollar ucuzlaşıb
# 03 aprel 2015 06:47 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,37% - 17 763,24 bəndədək, S&P 500 0,35% - 2 066,96 bəndədək, NASDAQ 0,14% - 4 886,94 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,35% - 6 833,46 bəndədək, Fransa CAC-40-ı 0,24% - 5 074,14 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,28% - 11 967,39 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,31% - 19 372,92 bəndədək, Hang Seng 0,77% - 25 275,64 bəndədək artıb, Shanghai 0,15% - 3 819,96 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 7,30 dollar azalaraq 1 200,90 dollara, gümüş isə 0,36 dollar ucuzlaşaraq 16,70 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR