Topaz Premyer Liqasının yeni rekord qeydə alınıb

Topaz Premyer Liqasının yeni rekord qeydə alınıb
# 17 dekabr 2014 14:06 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının 2014/15 mövsümündə yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, AZAL-ın futbolçusu Tomi Kostadinov 4 dəqiqəyə 2 qol vuran ilk futbolçu kimi mövsümün rekordçusu olub.

Bolqarıstanlı legioner buna “Bakı” ilə Topaz Premyer Liqasının bu gün baş tutan XVII turunun qarşılaşmasında 42 və 45-ci dəqiqələrdə qol sevinci yaşamaqla nail olub.

O, “Simurq”un serbiyalı legioneri Draqan Çeranın rekordunu yeniləyib. Sonuncu XIII turun noyabrın 23-dəki qarşılaşmasında 5 dəqiqəyə 2 qol vurmuşdu. Çeran “Qəbələ” ilə səfər oyununun 79 və 83-cü dəqiqələrində fərqlənmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR