İngiltərədə fabrikdə baş vermiş silsilə partlayışlar nəticəsində 4 nəfər itkin düşüb

İngiltərədə fabrikdə baş vermiş silsilə partlayışlar nəticəsində 4 nəfər itkin düşüb
# 17 iyul 2015 22:56 (UTC +04:00)

Bakı-APA. İngiltərənin Maklsfild şəhəri yaxınlığında yerləşən ağac emalı fabrikində baş vermiş silsilə partlayışlar nəticəsində 4 nəfər itkin düşüb, üç nəfər isə xəstəxanaya yerləşdirilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, hadisə yerinə 15 yanğınsöndürən briqadası cəlb olunub. Təkrar partlayışların baş verə biləcəyi ehtimal olunur. Partlayışların baş vermə səbəbi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR