Zaqatalada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Zaqatalada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 11 avqust 2015 03:36 (UTC +04:00)

Bakı-APA. Zaqatalada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Gözbarax kəndində yol qəzası nəticəsində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobildə yanğın baş verib. Nəticədə avtomobilin sürücüsü və 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Ərazidə olan ağaclar yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR