Kanadada beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan musiqisi günü keçirilib - FOTO

Kanadada beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan musiqisi günü keçirilib - <span style="color: red;">FOTO
# 14 iyul 2014 20:07 (UTC +04:00)

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində “Araz Dance” qrupu Azərbaycanın xalq musiqisi və milli rəqsi proqramı ilə çıxış edib.

Qeyd edək ki, sözügedən qrup Torontoda yaşayan soydaşlarımız tərəfindən təsis edilib.

Tədbirdə Azərbaycanın Kanadadakı səfirliyinin müşaviri Elcan Həbibzadə də iştirak edib . E.Həbibzadə tədbir zamanı çıxış edərək, son illər ərzində “Music Niagara” beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycanın milli rəqs və musiqi proqramlarının təşkilinin artıq ənənəvi hal aldığını bildirib və bunun Kanadada Azərbaycan mədəniyyətinin tanınması, eləcə də iki ölkə arasında mədəniyyətlərarası münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR