Baş Mil Kollektoru Füzuli ərazisində mina və partlamamış hərbi sursatlardan təmizlənəcək

Baş Mil Kollektoru Füzuli ərazisində mina və partlamamış hərbi sursatlardan təmizlənəcək
# 28 mart 2013 10:04 (UTC +04:00)

Bu barədə APA-ya ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.

Kanalın dib hissəsində indiyədək dəfələrlə çox sayda partlamamış döyüş sursatı və minaların tapılıb götürüldüyünü deyən ANAMA nümayəndəsinin sözlərinə görə, əməliyyatlara aprel ayında başlanacaq: «Ehtimallarımıza görə, kanalın müəyyən ərazilərində dib hissədə müharibə dövründən atılıb qalmış partlamamış sursatlar və minalar var. Kanalın dib hissəsinin yoxlanılması üçün orada suyun tamamilə dayandırılması lazımdır. Bu səbəbdən işlər kanal təmirə dayandırıldığı müddətdə aparılacaq».

A. Aslanovun sözlərinə görə, cəbhəyanı ərazilərdəki su hövzələrində, kanal və arxlarda hələ də minalara rast gəlinməkdədir. Martın 27-də Füzuli rayonunun Alxanlı kəndində, su arxından tapılmış bir ədəd tank əleyhinə mina ANAMA əməkdaşları tərəfindən partladılaraq zərərsizləşdirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR