Azərbaycan həbsxanalarında saxlanılan 22 iranlı məhbus təhvil verilib

Azərbaycan həbsxanalarında saxlanılan 22 iranlı məhbus təhvil verilib
# 13 sentyabr 2016 10:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Sentyabrın 12-də Azərbaycan həbsxanalarında saxlanılan 22 iranlı məhbus bu ölkəyə təhvil verilib.

APA-nın xəbərinə görə, İranın Azərbaycandakı səfirliyində faktı təsdiqləyiblər. Bildirilir ki, bu, iki ölkə arasında məhbusların ekstradisiyasına dair razılaşma üzrə 22-ci ekstradisiya halıdır.

Məhbusların əksəriyyəti narkotik maddələrin qaçaqmalçılığı ilə əlaqədar həbs olunub. Təhvilvermə prosesi Astara sərhəd-keçid məntəqəsində baş tutub və prosesdə İranın Azərbaycandakı baş konsulu Seyid Nasir Mircamali iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR