Bank Of Baku

Viktor Orban Azərbaycana səfər edəcək

Macarıstan Baş naziri Viktor Orban

© APA | Macarıstan Baş naziri Viktor Orban

# 04 iyul 2024 17:44 (UTC +04:00)

Macarıstan Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.

APA xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs bildirib.

Onun sözlərinə görə, Baş nazir Viktor Orban 5-6 iyul tarixlərində Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak edəcək.

"Sammitdə əsas diqqət nəqliyyat, əlaqələnmə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək. Üzv dövlətlər, o cümlədən Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Macarıstan (müşahidəçi qismində) bu sahələrdə əməkdaşlığı genişləndirməyi hədəfləyirlər. Baş nazir Orban tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq", - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR