"Bank of Baku" I rübü mənfəətlə başa vurub

"Bank of Baku" I rübü mənfəətlə başa vurub
# 28 aprel 2015 11:41 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank of Baku” ASC-nin aktivlərinin həcmi 2015-ci ilin I rübündə 797,842 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,19% çoxdur.

APA-Economics”in xəbərinə görə, hesabat dövründə bankın kredit portfeli 11,65% artaraq 621,466 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 2,15 dəfə artaraq 69,463 mln. manata çatıb.

Bankın depozit portfeli hesabat dövrü ərzində 20,04% artaraq 459,165 mln. manata bərabər olub.

Bir il ərzində bankın məcmu kapitalı 15,48% azalaraq 121,617 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 52 mln. 870 min manat təşkil edib.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 2 mln. 167 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR