Gəncədə 2 ay əvvəl törədilmiş qətlin üstü açılıb

Gəncədə 2 ay əvvəl törədilmiş qətlin üstü açılıb
# 20 dekabr 2014 08:51 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 19-da Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü İsmayılov Vidalət Təbriz oğlu Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gələrək nikahdan kənar yaşadığı, 1985-ci il təvəllüdlü Əliyeva Esmira Bağban qızını təxminən 50 gün əvvəl yaşadıqları mənzildə şəxsi münasibətlərin pozulması zəminində şal ilə boğaraq qəsdən öldürdükdən sonra Göygöl rayonunun Totanlı kəndində yerləşən özünə məxsus evin həyətində basdırdığını bildirib.

Dərhal şəhər prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparılıb, E.Əliyevanın meyiti basdırıldığı yerdən çıxarılıb ekspertin iştirakı ilə xarici və daxili müayinə olunub.

Fakta görə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

V.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR