Bank Of Baku

Gürcüstan qondarma Abxaziya və Cənubi Osetiya “respublika”larını tanımayacağını bəyan edib

Gürcüstan qondarma Abxaziya və Cənubi Osetiya “respublika”larını tanımayacağını bəyan edib
# 21 oktyabr 2026 15:25 (UTC +04:00)

“Gürcüstan qondarma Abxaziya və Cənubi Osetiya “respublika”larını heç bir formada, hətta dolayısı yolla belə tanıya bilməz”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin Tbilisi tərəfindən güc tətbiq edilməməsi ilə bağlı zəmanətlərə dair bəyanatı barədə suala cavabında deyib.

O, Gürcüstanın işğal altında olan bölgələrində yaradılmış qondarma qurumlarla hər hansı bir sazişin bağlanmasının mümkünlüyünü də istisna edib.

Baş nazir Rusiya ilə münasibətlər üzrə yeni xüsusi nümayəndəsinin təyin edilməsinin zəruriliyinə toxunaraq vurğulayıb ki, Gürcüstan hakimiyyəti müəyyən sahələrdə, xüsusilə münaqişənin sülh yolu ilə həlli, ticarət-iqtisadi əlaqələr və humanitar məsələlər üzrə fəal işi təmin etmək üçün əlavə mühüm bir kanalın yaradılmasına ehtiyac olduğunu müəyyən edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR