Gürcüstanda elektrik enerjisi təchizatı tam bərpa edilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dövlət Elektrosistemi” SC-dən bildirilib.
Məlumata əsasən, ötən axşam ölkədə elektrik enerjisi təminatında yaranmış müvəqqəti fasiləyə “İnquri” SES-də aparılmış müvafiq yoxlama işləri səbəb olub. İşlər iyulun 24 və 25-də baş vermiş kütləvi elektrik enerjisi kəsintiləri ilə bağlı həyata keçirilib.
***
05.08.2026, 21:51
Gürcüstanda elektrik enerjisi ilə təchizat qismən bərpa olunub.
APA-nın yerli bürosu xəbər verir ki, artıq əksər bölgə və şəhərlərdə əhaliyə elektrik enerjisi verilir.
Yayılan məlumatlara əsasən, elektrik enerjisi kəsintisi "İnquri" SES-də planlı sınaqlar zamanı baş verib.
***
20:28
Gürcüstanda yenidən elektrik enerjisi ilə təchizatda problem yaranıb.
APA-nın yerli bürosu xəbər verir ki, Tbilisi və bölgələrin əksər hissəsi saat 20:10-dan etibarən işıqsız qalıb.
Ölkədə analoji problem iyulun 24 və 25-də də yaşanıb.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti elektrik enerjisi kəsintiləri ilə bağlı sabotaj maddəsi üzrə araşdırma aparır.