Ermənistan Baş naziri Nikol Paşinyan Qırğızıstana ikigünlük işgüzar səfərə gedib.
Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazirin yeni mətbuat katibi Melanya Arutyunyan bildirib.
Məlumata görə, Ermənistan lideri Çolpon-Atada Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.
Qeyd edək ki, Nikol Paşinyan Aİİ-nin Hökumətlərarası Şurasının avqustun 6-da keçiriləcək iclasında qurumun iflic vəziyyətə düşməsi məsələsini qaldıracağını bildirib.