Azərbaycan qanunsuz təşkilat yaratmaqda itiham olunan şəxsi Türkiyəyə təhvil verib

Azərbaycan qanunsuz təşkilat yaratmaqda itiham olunan şəxsi Türkiyəyə təhvil verib
# 16 iyul 2016 09:22 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Tevhid-Selam və Qüds ordusu təşkilatını qurmaq və idarə etmək” ittihamları ilə bağlı 12 il 6 ay həbs cəzasına məhkum edilən Mehmet Ali Tekin Azərbaycandan Türkiyəyə təhvil verilib.

APA-nın gunes.com saytına istinadən verdiyi xəbərə görə, M.A. Tekin İstanbul Bakırköy prokurorluğuna aparılıb.

Qeyd edək ki, 2013-cü ilin 17 yanvar tarixində Ankara 1-ci Ağır Cəza Məhkəməsi “Umut” əməliyyatı çərçivəsində Mehmet Ali Tekin, Hasan Kılıç və Ekrem Baytapı “Tevhid-Selam və Qüds ordusu təşkilatını qurmaq və idarə etmək” ittihamları ilə bağlı 12 il 6 ay həbs cəzasına məhkum edib.

Mehmet Ali Tekin bu il Türkiyədən Naxçıvana keçərkən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR