Rusiya və Çinin Aralıq dənizində birgə hərbi təlimlərinin tarixi məlum olub

Rusiya və Çinin Aralıq dənizində birgə hərbi təlimlərinin tarixi məlum olub
# 05 may 2015 17:59 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, birgə təlimlərdə Rusiya və Çinin 10-dək hərbi gəmiləri iştirak edəcək.

Rusiya Müdafiə Nazirliyi Rusiya-Çin birgə hərbi təlimlərinin bölgədəki siyasi vəziyyətlə əlaqəli olmadığını vurğulayıb: “Birgə təlimlər üçüncü tərəfə qarşı yönəldilməyib və regiondakı vəziyyətlə heç bir əlaqəsi yoxdur” .

Xatırladaq ki, bir neçə gün əvvəl Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Qen Yanışen Rusiya və Çinin Aralıq dənizində mayın ortalarında birgə hərbi təlimlərin keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, təlimlərin məqsədi Çin-Rusiya dövlətlərarası praktiki əməkdaşlığının inkişafı, iki ölkə donanmasının dənizdə yaranacaq təhlükələrə birgə reaksiya imkanlarının gücləndirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR