Xaçmazda avtomobil maneəyə çırpılıb, xəsarət alan var

Xaçmazda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
# 13 sentyabr 2016 08:53 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun rayonun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ - 21010" markalı, 27 BM 998 dövlət nömrə-nişanlı avtomaşın yolun kənarında maneəyə çırpılıb. Nəticədə avtomobildə olan 1991-ci il təvəllüdlü Rəsulov Asəf Zahid oğlu xəsarət alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR