Vətəndaşlardan DSMF-yə daxil olan müraciətlərin sayı 28% azalıb

Vətəndaşlardan DSMF-yə daxil olan müraciətlərin sayı 28% azalıb
# 06 noyabr 2015 09:41 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28% azalıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə Naftalan şəhərində keçirilən "Vətəndaş müraciətləri ilə iş" mövzusunda regional "Açıq qapı günü" - vətəndaş forumunda DSMF-nin Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov məlumat verib.

O bildirib ki, DSMF-də vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində cari ilin 10 ayı ərzində bu qurumun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28% azalıb. 2015-ci ilin yanvar-oktyabr ayları üzrə operativ məlumata əsasən, DSMF-nin öz saytı, "Elektron hökümət" portalı və “Hökumət Ödəniş Portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,2 milyondan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.

F. Qədimov onu da diqqətə çatdırıb ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər Azərbaycan prezidentinin 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiqlənən “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası”nın çərçivəsində müəyyən olunub. Bu konsepsiya ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR