“Cəhənnəmdə böyük çığırtı” kitabının imza günü keçiriləcək

“Cəhənnəmdə böyük çığırtı” kitabının imza günü keçiriləcək
# 31 mart 2015 14:59 (UTC +04:00)

Bakı - APA. Aprelin 4-də “Cəhənnəmdə böyük çığırtı” kitabının imza günü keçiriləcək.

APA-nın məlumatına görə, mərasim saat 15:00-da kitabevim.az kitab marketində keçiriləcək.

Adı çəkilən kitab Lent.az İnformasiya Agentliyinin “Əsir düşərgəsi” layihəsinin materialları əsasında nəşr olunub. “Cəhənnəmdə böyük çığırtı” adlı kitaba toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəhs edilir. Kitabın məqsədi Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin, dünyaya çatdırılmasında bir addım atmaqdır.

Kitabdakı bir çox faktlar girovluqda olmuş insanların öz dilindən geniş ictimaiyyətə ilk dəfədir ki, çatdırılır.

Kitabın müəllifi Vüsalə Məmmədova, ideya müəllifi və redaktoru Qabil Abbasoğludur.

“Cəhənnəmdə böyük çığırtı” kitabı APA Holdinqin dəstəyi ilə “TEAS Press” Nəşriyyat Evində çap olunub.

Qeyd edək ki, kitabın ilkin tirajı satış üçün nəzərdə tutulmayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR