ABƏŞ-in Azərbaycandakı enerji layihələrinə əməliyyat xərcləri 43 mlrd. dolları ötüb

ABƏŞ-in Azərbaycandakı enerji layihələrinə əməliyyat xərcləri 43 mlrd. dolları ötüb
# 16 iyul 2014 15:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) 1995-2013-cü illərdə “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” yataqları və “Cənubi Qafqaz Borukəməri” layihəsinə əsaslı xərclərinin ümumi həcmi 43,1 mlrd. dollar təşkil edib.

Bu “APA-Economics”ə “BP-Azerbaijan” şirkətindən daxil olan hesabatda deyilir.

Hesabatda bildirilir ki, 1997-2013-cü illər ərzində “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağında neft və kondensat hasilatı cəmi 2,3 mlrd. bareldən çox, o cümlədən 2013-cü ildə təxminən 239,2 mln. barel, “Şahdəniz”dən kondensat 2006-2013-cü illərdə təqribən 99,5 mln. barel və 2013-cü ildə 19,6 mln. bareldən çox olub.

“Şahdəniz” yatağından 2006-2013-cü illərdə təqribən 47,3 mlrd. kubmetr, o cümlədən 2013-cü ildə 9,8 mlrd. kubmetrdən çox qaz hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR