Azərbaycan prezidentinin Müqəddəs Taxt-Tacın dövlət katibi ilə geniş tərkibdə görüşü olub - FOTO

Azərbaycan prezidentinin Müqəddəs Taxt-Tacın dövlət katibi ilə geniş tərkibdə görüşü olub - <span style="color: red;">FOTO
# 06 mart 2015 20:32 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Azərbaycanda bütün dinlərə münasibətin yüksək səviyyədə olduğu, müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin hökm sürdüyü bildirilib. Azərbaycanda multikulturalizmin yaxşı ənənələrinin olduğu diqqətə çatdırılıb. Bu sahənin inkişafına xüsusi diqqətin göstərildiyi, ölkəmizdə sabitliyin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğu vurğulanıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Bununla da prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR