“Eurovision-2012” ərəfəsində Azərbaycanda terror aktı həyata keçirməyi planlaşdırmaqda təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunmayıb

“Eurovision-2012” ərəfəsində Azərbaycanda terror aktı həyata keçirməyi planlaşdırmaqda təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunmayıb
# 15 iyul 2014 15:01 (UTC +04:00)

APA-nın məlumatına görə, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı təqsirləndirilən şəxslərin vəkilləri işin yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılması barədə vəsatət veriblər. Onlar məhkəmə iclas protokollarında təhriflər olduğunu bildiriblər. Samir Saniyev isə tərcüməçi ilə təmin olunmasını istəyib. Bildirib ki, rus dilini daha yaxşı bilir. Lakin məhkəmə vəsatətləri təmin etməyib. Bunun üçün ilkin baxış iclasının qərarından kassasiya şikayəti verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Sanıyev və digər iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR