İspaniyada ümumi tətil keçirilir.
APA xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.
Milyonlarla ispaniyalı 14 ildə ilk dəfə ümumi tətildə iştirak edir. Tətildə əməkhaqlarının artırılması və mənzil əlçatanlığının təmin edilməsi tələb olunur. Tətilin 24 saat davam edəcəyi bildirilir.
Etirazçılar əsasən həmkarlar ittifaqları və kirayəçi birlikləri tərəfindən dəstəklənir.
Bəzi şəhərlərdə, o cümlədən Barselonada və Madriddə yolların bağlandığı, polislə toqquşmaların olduğu bildirilir.
Məlumata görə, son on ildə İspaniyada kirayə haqları 80%, mənzil xərcləri isə 63% artıb.
Kütləvi etirazlar 29 noyabrda keçirilməsi planlaşdırılan növbədənkənar seçkilərə üç həftədən az qalmış baş verir.