Rusiya MN: Suriyada İŞİD-ın rabitə mərkəzi məhv edilib

Rusiya MN: Suriyada İŞİD-ın rabitə mərkəzi məhv edilib
# 05 oktyabr 2015 11:48 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Hərbi Hava Qüvvələrinin Su-24 qırıcı təyyarələri İŞİD-ın Suriyanın Homs əyalətindəki komanda məntəqəsinə zərbə endiriblər. Nəticədə terrorçu qruplaşmanının rabitə mərkəzi məhv edilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Müdafiə Nazirliyinin xüsusi nümayəndəsi, general-mayor İroq Konaşenkov bildirib.

İ. Konaşenkov dəqiq aviazərbələr nəticəsində rabitə mərkəzinin yerləşdiyi obyektin məhv edildiyini söyləyib: "Radiokəşfiyyat məlumatları rabitə mərkəzinin işini dayandırdığını təsdiqləyir. Homs əyalətinin Tell-Bisa yaşayış məntəqəsində terrorçuların istifadə etdiyi üç obyektə zərbə endirilib, iki silah anbarı məhv edilib. Anbarlara endirilən aviazərbələr nəticəsində silah-sursat alışıb və yanğın baş verib".

Rusiya MN nümayəndəsi həmçinin Su-25 təyyarələrinin aviazərbələri nəticəsində İdlib əyalətinin Cabel-Koba rayonu ərazisində yerləşən hərbi bazanın, üç ədəd artilleriya qurğusunun və döyüş sursatı olan anbarın məhv edildiyini bildirib: “İdlibdəki meşədə 30 avtomobil və zirehli texnika, T-55 tankının olduğu bazaya altı aviazərbə endirilib. Nəticədə bütün texnika tamamilə məhv edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR