Daha bir Azərbaycan istehsalçısı Türkmənistan bazarına çıxır

Daha bir Azərbaycan istehsalçısı Türkmənistan bazarına çıxır
# 27 oktyabr 2015 12:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda yeni metalkonstruksiya zavodu inşa olunacaq.

Qaradağ Metal Konstruksiyalar Zavodunun ("Azəri Steel” MMC) baş direktoru Rüfət Sucayev “APA-Economics”ə açıqlamasında bildirib ki, yeni zavod indiki mövcud zavodun yaxınlığında, Bakının Qaradağ rayonu ərazisində inşa ediləcək: "Zavodun illik istehsal gücü 50 min ton olacaq".

R. Sücayev deyib ki, yeni zavodun tikintisinə bir aydan sonra başlanılacaq.

O, bildirib ki, şirkət Türkmənistana metalkonstruksiya məhsullarını ixrac etməyə başlayacaq: "Bununla bağlı müqavilə imzalanıb. Bizim məhsullar körpülərin və böyük logistik mərkəzlərin tikintisi üçün metal konstruksiyaları əhatə edəcək".

Baş direktor müqavilənin dəyərini açıqlamayıb. İdxal olunacaq məhsulların həcmi 2 500 ton təşkil edəcək.

R. Sücayev deyib ki, gələcəkdə “Azəri Steel” məhsullarını Xəzəryanı ölkələrə, əsasən Qazaxıstan, İrana da ixrac etməyi nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR