Paşha Bank
Bank Of Baku

İsveç xüsusi təyinatlıları Baltik dənizində Rusiya ilə əlaqəli gəmidə əməliyyat keçirib

İsveç xüsusi təyinatlıları Baltik dənizində Rusiya ilə əlaqəli gəmidə əməliyyat keçirib
# 01 noyabr 2026 19:27 (UTC +04:00)

İsveçin xüsusi təyinatlı qüvvələri Baltik dənizində Rusiya ilə əlaqəli gəmidə əməliyyat keçirib.

Bu barədə İsveçin TV4 telekanalı məlumat yayıb.

İsveç xüsusi təyinatlıları oktyabrın 31-nə keçən gecə Baltik dənizindəki Qotland adasının şimal-qərb sahilləri yaxınlığında Rusiya ilə əlaqəli quru yük gəmisinə daxil olublar. Gəmi İsveç hakimiyyətinin daha əvvəl Rusiyanın kəşfiyyat və hibrid əməliyyatlarında iştirakda şübhəli bildiyi şirkətə məxsusdur. Stokholm bölgəsinin polis idarəsindən bildirilib ki, xüsusi təyinatlılar ekipajı və səfər sənədlərini yoxlamaq üçün gəminin göyərtəsinə qalxıblar. Polis əməliyyatla bağlı başqa təfərrüatları açıqlamayıb. Yoxlamadan sonra gəmi lövbər saldığı yeri tərk edərək Qotland adasının sahili boyunca cənuba doğru hərəkət edib.

İsveç telekanalı şirkətin adını açıqlamayıb. Şirkətin Kalininqradda ofisləri var və burada gəmi heyətinin üzvlərini işə götürür. Şirkətə məxsus gəmilər daha əvvəl də bir neçə Avropa ölkəsində naməlum pilotsuz uçuş aparatlarının peyda olması ilə əlaqədar yoxlanılıb.

Bəzi gəmilər dron uçuşlarının qeydə alındığı vaxtlarda həmin ərazilərdə olublar.

İsveçdə Rusiyanın “kölgə donanması” ilə əlaqəli olduğu ehtimal edilən tankerlər saxlanılıb

Avqustun ortalarında Rusiyanın İsveçdəki səfiri Sergey Belyayev bildirib ki, 2025-ci ilin sonundan etibarən ölkə hakimiyyəti göyərtəsində Rusiya vətəndaşları da olan ümumilikdə beş gəmini saxlayıb. Yoxlamalardan sonra onlardan ikisi sərbəst buraxılıb. İsveçdə “Sea Owl I” və “Jin Hui” tankerləri isə hələ də lövbərdə saxlanılır. Bu gəmilərin Rusiyanın “kölgə donanması” ilə əlaqəli olduğu bildirilir.

2026-cı ilin martında İsveç Ukraynanın işğal olunmuş ərazilərindən taxıl daşıyan “Caffa” quru yük gəmisini də Baltik dənizində saxlayıb. Yayın sonunda ölkənin Ali Məhkəməsi gəminin Kiyevə təhvil verilməsi barədə qərar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR