APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gülüstan qəsəbəsi ərazisində qeydə alınıb. “VAZ 21099” markalı avtomobillə “Lada Priora” markalı avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Nəsir Abdullayev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.