Eldar Mahmudov: “Ali məktəblərə qanunsuz tələbə qəbulu və digər cinayətlərlə bağlı MTN-in materialları əsasında 26 cinayət işinin istintaqı aparılır”

Eldar Mahmudov: “Ali məktəblərə qanunsuz tələbə qəbulu və digər cinayətlərlə bağlı MTN-in materialları əsasında 26 cinayət işinin istintaqı aparılır”
# 28 mart 2013 13:03 (UTC +04:00)

Bunu milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 94-cü ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışında deyib. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, nazir qeyd edib ki, həmçinin yüksək vəzifəli şəxslərin adından istifadə ilə tikinti sahəsində tenderlərin udulmasına vasitəçilik edilməsi, icazəsiz beynəlxalq rabitə xidmətinin təşkili ilə bağlı qanunsuz sahibkarlıq, ali təhsil haqqında və şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılması, saxta sənədlərlə kredit vəsaitlərinin əldə edilməsi, plastik bank kartlarının elektron məlumatlarının oğurlanması halları müəyyən edilib.

Həmin faktlar, eləcə də respublikanın və MDB ölkələrinin ali təhsil müəssisələrinə tələbə qəbul etdirmək adları altında vətəndaşların aldadılması və sair cinayətlərlə bağlı MTN-in materialları əsasında ayrı-ayrı istintaq orqanlarında 26 cinayət işinin istintaqı aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR