Hacıqabulda avtomobilin vurduğu ikinci piyada da ölüb

Hacıqabulda avtomobilin vurduğu ikinci piyada da ölüb
# 02 iyun 2016 23:21 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabulda ötən gün səhər saatlarında avtomobilin vurduğu ikinci piyada axşam saatlarında dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul rayonu Qarasu kəndi ərazisində qeydə alınıb.

“Hyundai” markalı avtomobil yolu keçən Hacıqabul rayon sakini, 1962-ci il təvəllüdlü Nəbiyev Oktay Burxan oğlunu və Kürdəmir rayonunun Sığırlı kənd sakini, 1986-cı il təvəllüdlü Burxanov Vüsal Binətçi oğlunu vurub. Hər iki şəxs kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri ilə ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Oktay Nəbiyev orada dünyasını dəyişib. Çoxsaylı ağır bədən xəsarətləri alan Vüsal Burxanov isə axşam saatlarında özünə gəlmədən Şirvan reanimasiya şöbəsində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR