Dünya Bankı iyun ayında Azərbaycan üzrə 5-illik strategiyasını təsdiq edəcək

Dünya Bankı iyun ayında Azərbaycan üzrə 5-illik strategiyasını təsdiq edəcək
# 17 aprel 2015 07:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya Bankının (DB) Direktorlar Şurası 2015-ci ilin iyun ayında Azərbaycanla əməkdaşlıq üzrə yeni strategiyasını (Country Partnership Framework) təsdiq edəcək.

APA-Economics” xəbər verir ki, bu barədə DB-nin saytında yer alan “Azerbaijan Partnership Program Snapshot” adlı hesabatda qeyd olunub.

Strategiya Azərbaycanda yoxsulluğun azaldılmasına və gəlirlərin bölgüsü ilə bağlı vəziyyəti yaxşılaşdırmağa yönəlib. Bununla yanaşı, sənəd dövlət xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına, ölkə iqtisadiyyatının xarici effektlərə daha davamlı olmasına və rəqabətqabiliyyətli olmasına hesablanıb.

Strategiya 2014-2015-ci illərdə Azərbaycan iqtisadiyyatında aparılan sistematik diaqnostikanın nəticələri və “Azərbaycan 2020: Gələcəyə baxış” Dövlət Konsepsiyasındakı prioritetlərin bazasında hazırlanıb.

Strategiya 2015-2020-ci illəri əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR