Beynəlxalq Valyuta Fondu və Dünya Bankı gələn ildən Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsinə başlayır

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı gələn ildən Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsinə başlayır
# 27 oktyabr 2014 14:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı 2015-ci ilin mart ayında Azərbaycanın maliyyə sektorunun II qiymətləndirilməsinə başlayacaq.

APA-Economics” xəbər verir ki, bunu fondun Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi bildirib.

Onun sözlərinə görə, qiymətləndirilmənin aparılmasına hazırlıq üçün BVF missiyası noyabrın 24-də Bakıya səfərə gələcək. Fond iyun ayında maliyyə sektorunun qiymətləndirməni başa çatdırmağı planlaşdırır.

R. Almarzoqi əlavə edib ki, BVF-nin qiymətləndirməsi bütün maliyyə əməliyyatlarını əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR