Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 29 İyun

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 29 İyun
# 29 iyun 2016 18:14 (UTC +04:00)

Atatürk hava limanında törədilən terror türk turizmini hədəf almışdı və Türkiyəyə verilən mesaj idi. Terrorçuların hədəfi daha çox insan öldürmək olsaydı, bu dəhşətli aktı məsələn, Sultanəhməd meydanında törədər, Qədr gecəsi səbəbilə bu meydana toplaşmış yüzlərlə, bəlkə də minlərlə insanı qətlə yetirərdilər. Amma terror aktı son dərəcə mükəmməl qorunan, təhlükəsizliyin ən yüksək həddə olduğu Atatürk hava limanında törədildi və mesaj verildi: Atatürk hava limanını qana boyayıramsa, demək, bunu hər yerdə edə bilərəm. Mesajı verən kimi idi? NATO sammiti ərəfəsində Türkiyə-Rusiya yaxınlaşmasından narahatlıq keçirən Birləşmiş Ştatlar? İsraillə barışıqdan narazı qalan İran? Bəlkə İncirlik hava limanından istifadədən məhrum olmuş Almaniya? Yaxud da elə “bunu hər zaman edə bilərəm, bundan sonra mütləq nəzərə al” mesajını vermək istəyən Rusiya özü? Gerçək sifarişçinin kim olduğunu heç zaman bilməyəcəyik, amma fakt faktlığında qalır - Türkiyənin düşdüyü bu ağır durum xarici siyasətdə yol verdiyi səhvlərin nəticəsidir. Həmişə geri dönüşlərlə müşayiət olunan səhv siyasət bu dəfə 41 insanın həyatına başa gəldi, sabah neçə insanın həyatına başa gələcəyini bilmək olmaz. Terror aktı zamanı həlak olanların ailə üzvlərinə başsağlığı verir və səbir sarıdan kasadlıq çəkməyən türk xalqına yenə də səbir diləyirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR