Sabah Azərbaycanın bəzi bölgələrində sulu qar, qar yağacağı gözlənilir

Sabah Azərbaycanın bəzi bölgələrində sulu qar, qar yağacağı gözlənilir
# 21 dekabr 2014 17:51 (UTC +04:00)

Bakı-APA. Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə çiskin olacaq. Ayın 22-dən 23-nə keçən gecə yağıntı olması ehtimalı var. Günün ikinci yarısında şimal-qərb küləyi 15-20 m/s, gecəyə doğru arabir 23-25 m/s sürətlə əsəcək.

Havanın temperaturunun gecə 5-7, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacağı, axşama doğru sulu qar, qar yağacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR